DÇ-2026: Avropa zonası üzrə pley-off mərhələsi Türkiyə - Rumıniya matçı ilə start götürəcək
Bu gün futbol üzrə dünya çempionatına vəsiqə uğrunda Avropa zonasında pley-off oyunlarına start veriləcək.
Operativ Media xəbər verir ki, gecənin ilk matçı İstanbulda Türkiyə və Rumıniya yığmaları arasında keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Bu cütün qalibi finalda Slovakiya - Kosovo duelinin güclüsü ilə üz-üzə gələcək.
Avropa zonası üzrə pley-off oyunlarından sonra ümumilikdə 4 milli komanda DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edəcək. Həlledici oyunlar martın 31-də təşkil olunacaq.
DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları
Yarımfinal
A yolu
23:45. İtaliya - Şimali İrlandiya
23.45. Uels - Bosniya və Herseqovina
B yolu
23:45. Ukrayna - İsveç
24:45. Polşa - Albaniya
C yolu
21:00. Türkiyə - Rumıniya
23:45. Slovakiya - Kosovo
D yolu
23:45. Danimarka - Şimali Makedoniya
23:45. Çexiya - İrlandiya
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək 3 ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. Mundialda ilk dəfə 48 komanda mübarizə aparacaq.