Türkiyə millisi DÇ-2026-nın pley-off finalına yüksəldi
Operativ Media
Futbol üzrə dünya çempionatına vəsiqə uğrunda Avropa zonasında pley-off oyunlarına start verilib.
Operativ Media xəbər verir ki, gecənin ilk matçı İstanbulda Türkiyə və Rumıniya yığmaları arasında keçirilib. Qarşılaşma "ay-ulduzlular"ın minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 54-cü dəqiqədə Fərdi Kadıoğlu vurub.
Türkiyə millisi finalda Slovakiya-Kosovo duelinin güclüsü ilə üz-üzə gələcək.
Gecənin digər matçları Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qeyd edək ki, Avropa zonası üzrə pley-off oyunlarından sonra ümumilikdə 4 milli komanda DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edəcək. Həlledici oyunlar martın 31-də təşkil olunacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net