Menyu

Emil və Ernest Ağakişi qardaşları Avropa Kubokunun oyununa təyinat alıblar

Operativ Media
Emil və Ernest Ağakişi qardaşları Avropa Kubokunun oyununa təyinat alıblar
1 dəq oxu

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Emil və Ernest Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından daha bir təyinat alıblar.

Bu barədə Operativ Media-ya Azərbaycan Həndbol Federasiyasından məlumat verilib.

Referilər kişilər arasında Avropa Kubokunun 1/4 final mərhələsinin matçında ədaləti qoruyacaqlar.

Onlar Bosniya və Herseqovinanın "İzvidaç" və Çexiyanın "Karvina" komandaları arasında keçiriləcək görüşdə iş başında olacaqlar.

Qarşılaşma martın 29-da Lyubuşki şəhərinin "Lyubuşki" İdman Zalında baş tutacaq.

Əlaqəli Xəbərlər