Azərbaycan U-17 millisi Litva ilə qolsuz heç-heçə qalıb
Operativ Media
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində bu gün ikinci oyununa çıxıb.
Operativ Media xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstanın Plovdiv şəhərində Litva yığması ilə qarşılaşıb.
“Nikola Şterev - Starika İdman Kompleksi”ndə keçirilən görüş Bakı vaxtı ilə saat 13:00-da başlayıb.
Qarşılaşmanı Türkiyə və Bolqarıstandan olan hakimlər briqadası idarə edib.
Gərgin keçən matçda qalib müəyyənləşməyib. Oyun qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.
Qeyd edək ki, yığmamız növbəti görüşünü 30 mart tarixində Maltanın müvafiq yaş qrupuna qarşı keçirəcək.