Azərbaycanın U-21 millisi Portuqaliyaya böyük hesabla uduzdu
Operativ Media
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Operativ Media xəbər verir ki, B qrupunda yer alan millimiz Bakıda Portuqaliya yığması ilə qarşılaşıb.
8-ci km qəsəbə stadionunda keçirilən görüş saat 15:00-da başlayıb.
Yunanıstandan olan hakimlər briqadasının idarə etdiyi matç “İdman TV” kanalı vasitəsilə canlı yayımlanıb.
Görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Avropa çempionatı, seçmə mərhələ
VI tur
15:00. Azərbaycan (U-21) – Portuqaliya (U-21) 0:4
Baş hakim: Xristos Vergetis
Baş hakimin köməkçiləri: Andreas Fotopulos, Konstantinos Staykos
Dördüncü hakim: Aleksandros Katsikogiannis
Bakı, 8-ci km qəsəbə stadionu
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net