Menyu

Azərbaycanın qadın güləşçiləri Estoniyada 5 medal qazanıblar

Operativ Media
Azərbaycanın qadın güləşçiləri Estoniyada 5 medal qazanıblar

Estoniyada yeniyetmə güləşçilər arasında “Tallin Open” turniri keçirilib.

Operativ Media xəbər verir ki, ənənəvi yarışda Azərbaycanı U-17 milli komandanın böyük məşqçisi Mariya Stadnik və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 7 güləşçi təmsil edib. Onların da 5-i fəxri kürsüyə qalxıb.

Fatimə Bayramova (53 kiloqram) keçirdiyi 7 görüşün hər birində qalib gələrək çempion olub. Nəzrin Əhmədli (49 kiloqram), Rəna Nuriyeva (61 kiloqram) və Simurə Abdullayeva (69 kiloqram) gümüş, Xədicə Qurbanzadə (49 kiloqram) isə bürünc medal qazanıb.

Qeyd edək ki, komanda yarışdan sonra Tallində keçiriləcək beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək. Hazırlıq prosesi aprelin 1-dək davam edəcək. Yığmamız U-17 Avropa çempionatı öncəsi son toplanışı Bakıda keçəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər