"Tottenhem"in baş məşqçisi İqor Tudor istefaya göndərilib
Xorvatiyalı İqor Tudor İngiltərənin "Tottenhem Hotspur" futbol klubunun baş məşqçisi vəzifəsindən qarşılıqlı razılaşma əsasında ayrılıb.
Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Tudorun klubdan ayrılacağı barədə qarşılıqlı razılığa gəlindiyini təsdiqləyə bilərik. Son altı həftə ərzində gördüyü işlərə görə İqora təşəkkür edirik. Həmçinin İqorun son itkisini də nəzərə alırıq və bu çətin dövrdə ona və ailəsinə dəstəyimizi təklif edirik. Yeni baş məşqçi ilə bağlı məlumat daha sonra təqdim olunacaq", - deyə açıqlamada bildirilir.
Tudor 14 fevral 2026-cı ildə İngiltərə klubuna rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi altında komanda yeddi oyun keçirdi, birində qalib gəldi, birində heç-heçə etdi və beşində məğlub oldu.