"Real Madrid", "Mançester Yunayted" və "Bavariya" "Çelsi"nin ulduzunu transfer edə bilər
Şəfa Hüseynli
"Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer komandanın hazırkı vəziyyətindən və taktikadakı dəyişiklikdən narazıdır.
Operativ Media xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 23 yaşlı futbolçu yay transfer pəncərəsi zamanı digər klublardan gələn təklifləri nəzərdən keçirməyə hazırdır.
Mənbə iddia edir ki, komandanın yeni taktiki sxemi Palmerin meydandakı azadlığını məhdudlaşdırır. Hazırda ingilis oyunçu "Mançester Yunayted", "Real Madrid" və "Bavariya" kimi klublarla maraqlanır.
Palmerin London klubu ilə müqaviləsi 2033-cü ilə qədərdir, lakin komandanın Çempionlar Liqasına vəsiqə qazanmaq şansının azalması onun klubda qalmaq qərarına təsir göstərə bilər.