İspaniyada meşə yanğınında evlərindən təxliyə edilənlərin sayı 1500-ü keçib
Nərmin Qocamanlı
İspaniyanın şərqindəki Castellon və Teruel şəhərləri arasında dünən baş verən meşə yanğınında evlərindən təxliyə edilənlərin sayı 1500-ü keçib.
"Operativ Media" xəbər verir ki, Valensiya muxtar hökumətinin ədliyyə, daxili işlər və komandanlıq naziri Qabriela Bravo jurnalistlərə açıqlamasında dünən başlayan meşə yanğınında indiyədək 3 min hektar ərazinin zərər gördüyünü bildirib.
Məlumata görə, yanğını söndürmək hələlik mümkün olmayıb.
Teqlər:
"İspaniyada meşə yanğınında evlərindən təxliyə edilənlərin sayı 1500-ü keçib"