24 Mart 2023, 19:03
Mirzoyan: Azərbaycanla bir çox məsələlərdə ən azı qarşılıqlı məqbul formalar tapmağa nail olunub
Mirzoyan: Azərbaycanla bir çox məsələlərdə ən azı qarşılıqlı məqbul formalar tapmağa nail olunub şəkil
Mirzoyan: Azərbaycanla bir çox məsələlərdə ən azı qarşılıqlı məqbul formalar tapmağa nail olunub

Ermənistan Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı ümumilikdə dörd təklif paketi alıb və cavab olaraq Bakıya üç sənəd göndərib.

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Parlamentin Xarici Əlaqələr Komitəsinin iclasında bildirib.

Mirzoyan deyib ki, Bakıdan son təkliflər paketi bu yaxınlarda alınıb və İrəvan hələlik bu sənədə cavab verməyib.

Mirzoyan deyib ki, tərəflər, ideal olmasa da, bir çox məsələlərdə ən azı qarşılıqlı məqbul formalar tapmağa nail olublar. Onun sözlərinə görə, müzakirələr və fikir mübadiləsi aparılıb, müəyyən kompromis formaları müəyyənləşdirilib.

Ermənistan XİN başçısı əlavə edib ki, vacib əhəmiyyət kəsb edən müddəalar müzakirə olunur və tərəflərin mövqeləri burada hələ də bir-birindən uzaqdır.

Mirzoyan onu da vurğulayıb ki, danışıqlar faktiki olaraq vasitəçilər olmadan gedir və bu danışıqlar ikitərəfli hesab olunur.

Sülh müqaviləsinin variantlarından danışan erməni nazir “Əvvəlcə Rusiya versiyası adlanan variant var idi ki, bu, əslində Bəyanatın parametrlərini ehtiva edirdi və bu varianta Ermənistan razılıq versə də, Azərbaycan rədd edib. Variantın Qərb versiyası yoxdur. Əslində, söhbət erməni-azərbaycan variantından gedir", deyə bildirib.

Son xəbərlər
Ağ Ev: Çinə birtərəfli tarif endirimi olmayacaq
Kreml: Zelenskinin istefasını tələb etmirik
Lökbatanda baş verən yol qəzası 2 nəfərin ölümünə səbəb olub
Peskov: Rusiya heç kimə hücum etmək niyyətində deyil
İranın nüvə ehtiyatları AEBA-nın daimi nəzarətindədir
Rusiya və BMT Livandakı gərginliyin azaldılması və humanitar yardım məsələlərini müzakirə edib
Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuşla telefon danışığı aparıb
Zəlzələdən sonra afterşoklar qeydə alınır