24 Mart 2023, 19:16
Ermənistan XİN rəhbəri: Aİ-nin müşahidə missiyasının hesabatı yalnız üzv ölkələrə açıqdır
Ermənistan XİN rəhbəri: Aİ-nin müşahidə missiyasının hesabatı yalnız üzv ölkələrə açıqdır şəkil
Ermənistan XİN rəhbəri: Aİ-nin müşahidə missiyasının hesabatı yalnız üzv ölkələrə açıqdır

2022-ci ilin oktyabr - dekabr aylarında Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının (Aİ) həyata keçirdiyi müvəqqəti müşahidə missiyasının hesabatı yalnız Aİ-yə üzv ölkələrə açıqdır.

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Parlamentin Xarici Əlaqələr Komitəsinin iclasında bildirib.

İclasda hakim partiyadan olan deputat Qurgen Arsenyan Aİ-nin mövqeyini öyrənmək üçün yekun sənədlə harada tanış ola biləcəyini soruşub. Mirzoyan isə cavabında bildirib ki, bu sənədə sərbəst giriş yoxdur, çünki bu, faktiki olaraq hesabatdır və sənəd Aİ rəhbərliyi üçün nəzərdə tutulub.

Xatırladaq ki, Avropa İttifaqının müvəqqəti monitorinq missiyası ötən ilin oktyabrından dekabr ayına kimi davam edib. 2023-cü ilin yanvarında isə Brüssel Ermənistanda uzunmüddətli missiyasının fəaliyyətə başlayacağını elan edib və bu missiya artıq fevralın əvvəlindən fəaliyyətə başlayıb.

Son xəbərlər
Ağ Ev: Çinə birtərəfli tarif endirimi olmayacaq
Kreml: Zelenskinin istefasını tələb etmirik
Lökbatanda baş verən yol qəzası 2 nəfərin ölümünə səbəb olub
Peskov: Rusiya heç kimə hücum etmək niyyətində deyil
İranın nüvə ehtiyatları AEBA-nın daimi nəzarətindədir
Rusiya və BMT Livandakı gərginliyin azaldılması və humanitar yardım məsələlərini müzakirə edib
Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuşla telefon danışığı aparıb
Zəlzələdən sonra afterşoklar qeydə alınır