24 Mart 2023, 19:48
Olaf Şolts: "Putin müharibəni danışıqlarla dayandırmağın yollarını axtarmır"
Olaf Şolts: "Putin müharibəni danışıqlarla dayandırmağın yollarını axtarmır" şəkil
Olaf Şolts: "Putin müharibəni danışıqlarla dayandırmağın yollarını axtarmır"

Vladimir Putinin və Rusiya rəhbərliyinin guya sülh danışıqları aparmaq istəyi ilə bağlı xəbərlərin reallıqla heç bir əlaqəsi yoxdur.

"Operativ Media" xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Aİ liderlərinin Brüsseldə keçirilən sammitindən sonra mətbuat konfransında deyib.

Kansler bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibəni dinc danışıqlar yolu ilə dayandırmağın yollarını axtarmır.

Jurnalistin Rusiya Prezidentinin sülh danışıqları ilə bağlı maraqlanmasına dair sualını cavablandıran Olaf Şolts: "Yox, bu, dünyada sağçı şəbəkələr tərəfindən yayılan, lakin reallıqla heç bir əlaqəsi olmayan saxta xəbərdir”, - deyə cavab verib.

Eyni zamanda Şolts əlavə edib ki, lazım gələrsə, əvvəllər olduğu kimi Putinlə danışmağa davam edəcək.

"Bu müharibənin necə bitəcəyi tam aydındır: Rusiya qoşunlarını çıxarmalıdır. Bu, Ukraynada ədalətli sülhün bərqərar olması və Rusiyanın imperiya məqsədlərinə çatmasının qarşısını almağın əsasına çevriləcək”.

Kansler qeyd edib ki, Aİ dövlətlərinin liderləri prezident Vladimir Zelenskini Aİ-nin Ukrayna ilə lazım olduğu müddətcə həmrəy olacaqlarına və dəstək verəcəklərinə əmin ediblər.

Şoltsun sözlərinə görə, Ukraynanın ehtiyacı olan sursatın davamlı şəkildə və kifayət qədər təchizatının təmin edilməsi məsələsi Aİ sammitində intensiv şəkildə müzakirə olunub.

Son xəbərlər
"Qalatasaray" "Bodrumspor"u əliboş yola saldı
Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşıb
18 Aprel 2025, 23:47
Azərbaycan ordusunda xidmət edən əsgərlərə hərbi təhsil imkanı yaranıb
Rusiya XİN: Ukraynadakı NATO kontingentinin mənfi nəticələri olacaq
ABL: "Sabah" "Sərhədçi"ni məğlub etdi
"Çelsi" "Bavariya"nın müdafiəçisi ilə maraqlanır
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib
Tramp ABŞ-nin Ukrayna üzrə danışıqlar prosesindən çıxa biləcəyini istisna etmir