24 Mart 2023, 19:58
ABŞ-dan Belarusa qarşı yeni sanksiya
ABŞ-dan Belarusa qarşı yeni sanksiya şəkil
ABŞ-dan Belarusa qarşı yeni sanksiya

ABŞ Belarusa qarşı yeni sanksiyalar tətbiq edib.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, Dövlət Departamenti Belarusda demokratiyanın pozulmasında fəaliyyətlərinə görə 14 Belarus rəsmisinə viza məhdudiyyəti tətbiq edir.

Qeyd olunub ki, ABŞ Maliyyə Nazirliyi də Belarusun iki dövlət müəssisəsinə - Belarus Avtomobil Zavodu Açıq Səhmdar Cəmiyyəti və Minsk Avtomobil Zavodu Açıq Səhmdar Cəmiyyətinə sanksiya tətbiq edib.

Bundan əlavə, Maliyyə Nazirliyi Belarus Mərkəzi Seçki Komissiyasına və Komissiyanın yeddi üzvünə sanksiya tətbiq edib.

Son xəbərlər
Bügünkü yanğında 5 maşın yanaraq külə dönüb
Peskov: Atəşkəs bu gün gecə yarısı başa çatacaq
Gəncədə 35 yaşlı kişi bıçaqlanıb
Mirzoyan ATƏT-in baş katibi ilə görüşüb
Makron Böyük Britaniyaya səfər edəcək
Azərbaycan PL: "Şamaxı" "Kəpəz"i məğlub etdi
Abbas Əraqçi: ABŞ ilə danışıqlar səmərəli ola bilər
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 25 nəfər ölüb