Azərbaycan milli komandası final matçında Syerra Leoneni penaltilər seriyasında məğlub edərək “FIFA Series-2026” turnirinin qalib olub.
Operativ Media xəbər verir ki, oyundan sonra "CBC Sport"a açıqlamasında millimizin üzvü Vüsal İsgəndərli qarşılaşma haqqında fikirlərini bölüşüb.
"Əgər bu gün biz gülə-gülə danışırıqsa, siz gülə-gülə suallar verirsinizsə nə xoş. İstəyimiz budur ki, bu davam eləsin. Bizim ölkəmizə qələbə yaraşır. Rəqibin adı önəmli deyil. Əsas odur ki, qələbələr bizə inam versin, biz də əlimizdən gələni edək".