Menyu

FIFA Prezidenti: "İran millisi üçün alternativ planımız yoxdur"

Operativ Media
FIFA Prezidenti: "İran millisi üçün alternativ planımız yoxdur"

FIFA prezidenti Canni İnfantino ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında İran yığmasının iştirakı ilə bağlı qurumun hər hansı alternativ planının olmadığını bildirib.

Operativ Media xəbər verir ki, o, bu haqda "El Financiero" nəşrinə müsahibəsində deyib.

"Biz real dünyada yaşayırıq və İran millisi ilə bağlı vəziyyətin nə qədər mürəkkəb olduğunu anlayırıq. Lakin biz çalışırıq ki, onlar dünya çempionatındakı oyunlarını ən yaxşı şəraitdə keçirsinlər. B, C və ya D planı yoxdur — yalnız A planı mövcuddur. Mürəkkəb geosiyasi şəraitdə yaşayırıq və bu problemləri həll etmək bizim ixtiyarımızda deyil. Bununla belə, dünyanı sülh və bayram ab-havasında bir araya gətirmək, insanları birləşdirmək imkanımız var", — deyə İnfantino qeyd edib.

Əlaqəli Xəbərlər