Menyu

"Mançester Yunayted" Harri Maquayrla müqaviləni yeniləyir

Operativ Media
"Mançester Yunayted" Harri Maquayrla müqaviləni yeniləyir

"Mançester Yunayted" müdafiəçisi Harri Maquayrla yeni müqavilə imzalamağa yaxındır.

Operativ Media xəbər verir ki, bu barədə ESPN öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 33 yaşlı ingiltərəli futbolçunun yenilənmiş sözləşməsi bir illik nəzərdə tutulub. Müqavilənin müddətinin 2027-ci ilə qədər uzadılması və daha bir mövsümlük uzadılma variantının əlavə edilməsi gözlənilir. Bu isə təcrübəli müdafiəçinin 2028-ci ilin iyununa qədər "qırmızı şeytanlar"da qalması deməkdir.

Maquayrın klubla hazırkı müqaviləsi 2026-cı ildə başa çatır. Futbolçunun nümayəndələri ilə klub rəhbərliyi arasındakı danışıqların müsbət məcrada keçdiyi və tərəflərin tezliklə ortaq məxrəcə gələcəyi bildirilir.

Əlaqəli Xəbərlər