"Barselona" portuqaliyalı müdafiəçini komandada saxlamaq istəyir
Operativ Media
"Barselona" rəhbərliyi müdafiəçi Joau Kanselunun icarə müddəti başa çatdıqdan sonra onunla birdəfəlik müqavilə imzalamağı planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Kataloniya klubu 31 yaşlı portuqaliyalı futbolçunu 2026/27 mövsümündə heyətində saxlamağı hədəfləyir. Lakin Kanselunun Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə müqaviləsinin bitməsinə cəmi bir il (30 iyun 2027-ci ilə qədər) qaldığı üçün onun müqavilə müddəti uzadılmadan yenidən icarəyə verilməsi ehtimalı olduqca aşağıdır. Nəşrin məlumatına görə, ispaniyalılar üçün transfer məbləğinin ödənilməsi "mürəkkəb" məsələ olaraq qalır.