Menyu

Bakıda subasma halları ilə bağlı bəzi ərazilərdə sakinlər hotellərə yerləşdirilib

Operativ Media
Bakıda subasma halları ilə bağlı bəzi ərazilərdə sakinlər hotellərə yerləşdirilib

Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində bəzi ərazilərdə subasma halları müşahidə edilmişdir, bir çox yerlərdə yığılan sular artıq təmizlənsədə bəzi ərazilərdə bu iş davam etdirilir.

Baki Şəhər İcra Hakimiyyətindən Operativ Media-ya verilən xəbərə görə, mövcud vəziyyətlə bağlı sakinlər tərəfindən rayon icra hakimiyyətlərinə müraciətlər daxil olub. Müraciətlər əsasında Sabunçu, Xəzər, Binəqədi rayonlarında təxliyə işləri aparılıb.

Hazırda sözügedən rayonların qəsəbələrində xüsusi texnikalar vasitəsilə suyun çəkilməsi işləri davam etdirilir.

Bundan əlavə, təhlükəli vəziyyətdə olan bəzi yaşayış məkanlarının sakinləri müvəqqəti olaraq hotellərə yerləşdirilib.

Əlaqəli Xəbərlər