Menyu

İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 165-ə çatıb

Nərmin Qocamanlı
İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 165-ə çatıb
1 dəq oxu

İranın şimal-qərbindəki Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 165-ə çatıb.

"Operativ Media" xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın verdiyi məlumata görə, Qərbi Azərbaycan valisi Məhəmməd Sadik Mütədədiyan Xoy şəhərində baş verən 5,6 bal gücündə zəlzələdə yaralanan 165 nəfərdən 139-nun ilk müdaxilələrdən sonra evə buraxıldığını, digərlərinin isə müalicə altına alındığını açıqlayıb.

Məlumata görə, zəlzələ nəticəsində 10 kənddə 80 yaşayış məntəqəsi zərər görüb.

 

Əlaqəli Xəbərlər