Menyu

Bakı Metropoliteni 18 milyondan çox sərnişinə xidmət göstərib

Operativ Media
Bakı Metropoliteni 18 milyondan çox sərnişinə xidmət göstərib
1 dəq oxu

Bu ilin mart ayında "Bakı Metropoliteni" QSC 18 269 887 sərnişinə xidmət göstərib.

Operativ Media "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.

Ötən ay ən çox sərnişin martın 6-da daşınıb – 796 734 nəfər.

Bayram günlərində mərkəz istiqamətində axın kəskin artıb. 21-22 mart tarixlərində "Sahil" stansiyası metronun ən işlək nöqtəsi olub və adi vaxtlardan 51 % daha çox sərnişin qəbul edib.

Metroda rəqəmsal keçid də sürətlənib. Hər 3 nəfərdən biri artıq ödənişlərini NFC ilə edir.

Əlaqəli Xəbərlər