Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Operativ Media
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə aprelin 4-6-da külək güclənəcək, eyni zamanda küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Operativ Media-ya bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Belə ki, Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.
Qazax, Ağstafa, Daşkəsən, Mingəçevir, Naftalan, Goranboyda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net