Azərbaycanda 2020-ci ildən indiyədək mina qurbanlarının sayı açıqlanıb
Operativ Media
Azərbaycanda 10 noyabr 2020-ci ildən indiyə qədər mina qurbanlarının sayı açıqlanıb.
Bu barədə Operativ Media-ya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, statistikaya əsasən, Azərbaycanda 10 noyabr 2020-ci ildən mina qurbanlarının sayı 421 nəfərdir. Onlardan 72 nəfəri ölüb, 349 nəfəri xəsarət alıb. Ölənlərin 57 nəfəri mülki şəxs, 15-i isə hərbçidir. Xəsarət alanlardan isə 171 nəfəri mülki şəxs, 178 nəfəri hərbçidir.
Qeyd edək ki, bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günüdür.