Dəm qazından zəhərlənən uşaqlardan biri ölüb
Sumqayıt Tibb Mərkəzi Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən altı uşaqdan birinin ölüm faktı ilə bağlı məlumat yayıb.
Bu barədə Operativ Media-ya Mərkəzdən məlumat verilib.
Qeyd edilib ki, 03.04.2026-cı il tarixində saat 15:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunan 2024-cü il təvəllüdlü azyaşlının (qadın cinsli) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 04.04.2026-cı il tarixində saat 05:10 radələrində bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, azyaşlı 01.04.2026-cı il tarixində saat 18:10 radələrində dəm qazı zəhərlənməsi səbəbilə Reanimasiya şöbəsinə yerləşdirilmiş və yaxınlarının yazılı iltizamına əsasən 02.04.2026-cı il tarixində evə buraxılmışdı.
Əlavə edək ki, digər 5 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri stabildir.