Samux rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, hadisə rayonun Zazalı kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, yolu qarşı tərəfə keçmək istəyən 1974-cü il təvəllüdlü Ə. Ələsgərov hərəkətdə olan “Opel” markalı minik avtomobili tərəfindən vurulub.
Ağır xəsarət alan piyada dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, 52 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.