Menyu

Güclü yağışlar avtomobillərə necə zərər verir?

Ayşən Sadıxzadə
Güclü yağışlar avtomobillərə necə zərər verir?

"Güclü yağışlar zamanı yollarda suyun səviyyəsinin qalxması avtomobillər üçün ciddi təhlükə yaradır".

Bu sözləri Operativ Media-ya açıqlamasında avtomobil ustası Sahil Ağabəyli bildirib.

Onun sözlərinə görə, əgər nəqliyyat vasitəsi su basmış ərazidən keçərkən mühərrikin hava qəbul hissəsindən su daxil olarsa, bu zaman “hidrozərbə” baş verə bilər:

"Bu isə mühərrikin tam sıradan çıxmasına səbəb olur. Belə hallarda təmir xərcləri minimum 1000–3000 manat, bəzi hallarda isə 10 min manata qədər arta bilər.

Eyni zamanda, elektrik və hibrid avtomobillərin sahibləri də diqqətli olmalıdır. Bu nəqliyyat vasitələrində batareyalar əsasən avtomobilin alt hissəsində yerləşdiyindən, su ilə təmas nəticəsində zədələnmə riski artır. Bu cür zədələr dərhal hiss olunmasa da, sonradan ciddi texniki problemlərə və təhlükəli hallara gətirib çıxara bilər.

Zəruri olmadığı halda evdən çıxmayın, işə getmək mümkün olduqda məsafədən işləməyə üstünlük verin və avtomobillərinizi riskli şəraitdə istifadə etməyin".

Əlaqəli Xəbərlər