26 Mart 2023, 18:31
"Rusiyanın bu addımına sanksiyalarla cavab verəcəyik" - Aİ

"Rusiyanən Belarusda taktivi nüvə silahı yerləşdirmə qərarı Avropa təhlükəsizliyi üçün təhdiddir".
"Operativ Media" xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel özünün Tviter hesabında qeyd edib. O bildirib ki, Belarus bu prosesin qarşısını ala bilər və bu onların öz seçimidir.
Borel bu addıma sanksiyalarla cavab verəcəklərini deyib.
Xatırladaq ki, V.Putin Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirəcəyini açıqlayıb.