Menyu

Culfa kəndlərində işıq olmayacaq

Operativ Media
Culfa kəndlərində işıq olmayacaq

Aprelin 7-də Culfa rayonunun bir çox kəndində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

​"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) Operativ Media-ya verilən məlumata görə, fasilələr şəbəkədə aparılacaq planlı təmir-bərpa işləri ilə əlaqədardır.

Bildirilib ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki vəziyyətin yoxlanılması məqsədilə 35 kV-luq "Əbrəqunus" hava xəttində və eyniadlı yarımstansiyada gərginliyin açılması nəzərdə tutulub.

​Təmir işləri ilə əlaqədar olaraq saat 14:00-dan 16:00-dək rayonun Əbrəqunus, Xoşkeşin, Teyvaz, Ləkətağ, Milax, Ərəfsə, Bənəniyar, Göydərə, Saltaq, Əlincə, Xanəgah, Qazançı, Ərəzin, Boyəhməd, Gal, Şurud, Camaldın, Qızılca və Kırna kəndlərinə elektrik enerjisinin verilişi dayandırılacaq.

​Naxçıvan RETSİ yaranacaq müvəqqəti narahatlığa görə istehlakçılardan üzr istəyir.

Əlaqəli Xəbərlər