XRİTDX: Bu ilin I rübündə 52 subdomen ləğv edilib
Operativ Media
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının internet informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal mühitin qorunması üzrə mütəmadi kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Operativ Media xəbər verir ki, bu barədə XRİTDX məlumat yayıb.
Operativ Media xəbər verir ki, bu barədə XRİTDX məlumat yayıb.
2026-cı ilin birinci rübü ərzində XRİTDX tərəfindən domen adlarının idarə olunması sahəsində qeydiyyata alınan domenlərin sayı 17, subdomenlərin sayı 123 təşkil etmiş, eyni zamanda 21 domen və 52 subdomen ləğv olunmuşdur ki, bu da “GOV.AZ” domen məkanının optimallaşdırılması və təhlükəsizlik risklərinin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir.
“AzStateNet” şəbəkəsi üzrə tətbiq edilən yeni nəsil mühafizə avadanlıqları vasitəsilə URL əsaslı 41 289 866 təhlükəli keçid, zərərverici əsaslı (virus, casus proqram və digər zərərli fəaliyyət əlamətləri daşıyan) 3 786 317 trafik, eləcə də “Sandbox” mühafizə sistemi vasitəsilə 31 962 zərərverici tərkibli fayl blok edilərək son istifadəçilərin yoluxmasının qarşısı alınmışdır. DDoS hücumlarına qarşı mühafizə çərçivəsində isə 7 013 863 hücum qeydə alınmış, nəticədə 12 523 934 684 zərərli paket bloklanmış və ümumilikdə 10 226 233 Mbit həcmində zərərli trafikin qarşısı alınmışdır.
Bununla yanaşı mərkəzləşdirilmiş antivirus həlli vasitəsilə son istifadəçi təhlükəsizliyi üzrə 1 048 869 təhdid bloklanaraq zərərsizləşdirilmişdir ki, bu da çoxsəviyyəli və mərkəzləşdirilmiş müdafiə yanaşmasının effektivliyini göstərir.
Dövlət qurumlarının informasiya sistemlərində XRİTDX tərəfindən aparılan daimi monitorinq nəticəsində aşkarlanan kiberhücumların təhlilinə əsasən cari ilin ilk üç ayı üzrə 274 kiberhücum göstəricisi (IOC – “Indicator of Compromise”) müəyyən edilərək mərkəzləşdirilmiş qaydada bloklanmışdır. Bu kibertəhdidlərin 213-ü daxili araşdırma, 61-i isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunmuşdur.
Kibertəhdid kəşfiyyatı xidmətlərindən istifadə etməklə 2026-cı ilin ilk rübü ərzində dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 6 saxta domen aşkarlanaraq bloklanması həyata keçirilmişdir. Eyni zamanda XRİTDX tərəfindən 60 fişinq təyinatlı veb resurs bloklanmış və dövlət qurumlarının əməkdaşlarına məxsus 105 sızmış kimlik məlumatı aşkarlanaraq müvafiq tədbirlər görülmüşdür.
XRİTDX tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 4 677 755 elektron məktub emal edilmişdir ki, onlardan 3 258 110-u istifadəçilərə çatdırılmış, 1 419 645-i isə zərərli tərkibli olması səbəbindən bloklanmışdır.
Hesabat dövründə XRİTDX tərəfindən dövlət qurumlarına məxsus veb-saytların təhlükəsizlik səviyyəsinin yoxlanılması məqsədilə 194 audit və nüfuzetmə testi həyata keçirilmişdir. Eyni zamanda dövlət qurumları üçün ayrılmış IP ünvan diapazonlarının xüsusi proqram təminatları vasitəsilə təhlükəsizlik boşluqlarına qarşı aparılmış periodik yoxlamalarının nəticələrinə əsasən 34 analitik hesabat hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

XRİTDX informasiya təhlükəsizliyi sahəsində davamlı və proaktiv tədbirlər həyata keçirməklə dövlət qurumlarının rəqəmsal mühitdə fasiləsiz və təhlükəsiz fəaliyyətini etibarlı şəkildə təmin edir, eləcə də ölkənin kibertəhlükəsizlik ekosistemini gücləndirərək milli rəqəmsal dayanıqlığın artırılmasına, kritik informasiya infrastrukturunun qorunmasına və kibertəhdidlərə qarşı çevik cavab mexanizmlərinin formalaşdırılmasına mühüm töhfə verir.