Menyu

"Komendant pulu" borcuna görə işıq, su, qaz kəsilə bilər?

Ayşən Sadıxzadə
"Komendant pulu" borcuna görə işıq, su, qaz kəsilə bilər?

Binalarda “komendant pulu” ilə bağlı mübahisələr tez-tez gündəmə gəlir. Xüsusilə də bu ödəniş edilmədikdə qaz, su və işığın kəsilib-kəsilə bilməyəcəyi sualı sakinləri narahat edən əsas məsələlərdən biridir.

Mövzu ilə bağlı Operativ Media-ya hüquqşünas Əkrəm Həsənov danışıb.

O bildirib ki, komendant pulu ödənilmədiyi halda qaz, su və işığın kəsilməsi mümkün deyil:

“Çünki qaz, su və işıq kimi kommunal xidmətlər binanın idarəçisi tərəfindən yox, müvafiq xidmət qurumları tərəfindən təmin olunur. Bu xidmətlərə görə ödəniş birbaşa vətəndaşla həmin qurumlar arasında olan müqaviləyə əsaslanır.

Əgər sakin istifadə etdiyi qazın, suyun və işığın pulunu ödəyirsə, binanın idarəçisi istər qanuni, istərsə də qeyri-qanuni fəaliyyət göstərməsindən asılı olmayaraq bu xidmətlərin kəsilməsinə qərar verə bilməz. Onun belə bir səlahiyyəti yoxdur.

Komendant pulu isə tamam fərqli məsələdir. Bu ödəniş binanın saxlanması, təmiri, təmizliyi, liftin işlək vəziyyətdə saxlanılması kimi ümumi xərcləri qarşılayır. Bu səbəbdən, ödəniş edilmədikdə müəyyən hallarda liftdən istifadəyə məhdudiyyət qoyula bilər”.


Əlaqəli Xəbərlər