Menyu

Şimali Koreya Yapon dənizi istiqamətində iki ballistik raket atıb

Nərmin Qocamanlı
Şimali Koreya Yapon dənizi istiqamətində iki ballistik raket atıb

Cənubi Koreya və Yaponiya Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətində iki ballistik raket atdığını bildirib.

"Operativ Media" xəbər verir ki, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri sınaqların Şimali Hvanqhae bölgəsindən yerli vaxtla 07:47 və 08:00-da Yaponiya dənizi istiqamətində aparıldığını açıqlayıb.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, qısa mənzilli ballistik raketlər havada 370 kilometr məsafə qət edib və Yaponiyanın milli eksklüziv zonasından kənara düşüb.

Bölgədə hava və dəniz elementlərinə heç bir ziyanın olmadığı bildirilib.

Sınaqların Cənubi Koreya və ABŞ ordularının aprelin 3-dək davam edəcək hərbi təlimləri zamanı həyata keçirilməsi diqqət çəkib.

Teqlər:

"Şimali Koreya Yapon dənizi istiqamətində iki ballistik raket atıb"

Əlaqəli Xəbərlər