Menyu

Bakıda işlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs tutulub

Operativ Media
Bakıda işlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs tutulub
1 dəq oxu

Xəzər rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs rayon ərazisində yerləşən evlərin birindən müxtəlif zamanlarda ümumilikdə 30 min manat dəyərində qızıl-zinət, məişət və geyim əşyaları oğurlayıb. Bu barədə zərərçəkən polisə müraciət edib.

DİN Mətbuat Xidmətindən Operativ Media-ya verilən məlumata görə, Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin evdə çalışan 29 yaşlı N.İbrahimzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər