Bakı metrosunda dörd yeni stansiyasının inşası planlaşdırılır
Operativ Media
"Yaşıl xətt üzrə dörd yeni metro stansiyasının inşası planlaşdırılır".
Operativ Media xəbər verir ki, bunu jurnalistərə açıqlamasında “Bakı Metropoliteni”nin departament rəisi Məmməd Rzayev bildirib.
Onun sözlərinə görə, layihənin maliyyələşdirilməsi üçün Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən təxminən 700 milyon ABŞ dolları vəsait ayrılıb.
"Bu stansiyalar mövcud xəttin davamı kimi paytaxtın şimal və şimal-qərb istiqamətlərində, o cümlədən Dərnəgül stansiyasından sonrakı ərazilərdə və Xocəsən istiqamətində yerləşəcək", - o, qeyd edib.