Menyu

Bakı metrosunda tikiləcək 9 stansiyanın layihələndirilmə prosesi başa çatdırılıb

Operativ Media
Bakı metrosunda tikiləcək 9 stansiyanın layihələndirilmə prosesi başa çatdırılıb

2030-cu ilin sonuna qədər Bakı metrosunda 9 yeni stansiyanın tikintisi nəzərdə tutulur. Bu stansiyalar ilə bağlı layihələndirmə prosesi artıq bitib.

Operativ Media xəbər verir ki, bunu bu gün “Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarəolunması departamentinin rəis müavini Məmməd Rzayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu stasiyalarla bağlı 2026-cı ildə tender prosesi həyata keçiriləcək:

“Tender prosesi bitdikdən və qalib şirkət müəyyən olunduqdan sonra dərhal tikinti işlərinə başlanılacaq. Qeyd edilən 9 stansiyanın layihə işləri bitib.

Bu stansiyalar üçün 8 ədəd TBM adlandırılan tunel qazma maşını sifariş veriləcək. Metro şəbəkəsinin genişləndirməsi vacib şərtdir. Daha sürətlə şəbəkənin genişləndirilməsi davam edəcək”.

Əlaqəli Xəbərlər