Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibi genişləndirilib
Operativ Media
Prezident İlham Əliyev "Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında" 1 may 1995-ci il tarixli sərəncamında dəyişiklik edib.
Operativ Media xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, Kollegiyaya Komitənin aparat rəhbəri daxil edilib.