Partiyalar 2025-ci il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim edib
Operativ Media
Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyalar 2025-ci il üzrə maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Operativ Media xəbər verir ki, bu barədə məlumat Mərkəzi Seçki Komissiyasının saytında yer alıb.
Dövlət qeydiyyatına alınmış 26 siyasi partiyanın hamısının 2025-ci il üzrə maliyyə hesabatları qanunvericiliyin tələblərinə uyğun qaydada Komissiyanın internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilib.
Qeyd edək ki, siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları hər il aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim olunmalıdır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net