Menyu

ADY 2025 və 2026-cı ilin mart ayı üzrə yükdaşıma göstəricilərini açıqlayıb

Operativ Media
ADY 2025 və 2026-cı ilin mart ayı üzrə yükdaşıma göstəricilərini açıqlayıb

Azərbaycan Dəmir Yolları 2025 və 2026-cı ilin mart ayı üzrə yükdaşıma göstəricilərini açıqlayıb.

Operativ Media xəbər verir ki, ümumi yükdaşımada artım qeydə alınıb.

Belə ki, 2025-ci ilin mart ayında 1 milyon 387 min 707 ton yük daşındığı halda, 2026-cı ilin eyni dövründə bu rəqəm 1 milyon 628 min 367 tona çatıb.

Bu isə illik müqayisədə 17 faiz artım deməkdir.

Tranzit daşımalar üzrə də müsbət dinamika müşahidə olunub. 2025-ci ilin martında 568 min 831 ton olan tranzit yüklərin həcmi 2026-cı ildə 690 min 434 tona yüksəlib. Bu sahədə artım 21 faiz təşkil edib.

Əlaqəli Xəbərlər