Uyğunsuzluq aşkarlanan pestisid məhsullarının ölkəyə idxalının qarşısı alınıb
Operativ Media
Fiziki şəxs Qənbərov Səfail Zəki oğlunun İrandan idxal etdiyi ümumi çəkisi 12028 kq “Emulsifiable Oil Aria 80% L” əmtəə nişanlı pestisid məhsulundan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Sınaq nəticəsində təsiredici maddənin (mineral yağ) miqdarı normadan aşağı müəyyən edilib.
Uyğunsuzluqla əlaqədar, məhsul partiyasının geri qaytarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib. Məhsullar mənşə ölkəsinə geri qaytarılıb.