Menyu

Kabildə terror hücumu nəticəsində 6 nəfər ölüb

Nərmin Qocamanlı
Kabildə terror hücumu nəticəsində 6 nəfər ölüb

Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyi yaxınlığında terror hücumu nəticəsində ilkin məlumata görə, 6 nəfər həlak olub.

"Operativ Media" xəbər verir ki, Kabil Polis İdarəsinin sözçüsü Xalid Zedran mətbuata verdiyi açıqlamada hücumçunun Nazirliyin yerləşdiyi küçənin girişindəki nəzarət-buraxılış məntəqəsinə yaxınlaşarkən təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirildiyini və bombanın üzərində olduğunu bildirib. .

Hücumda 6 mülki vətəndaşın həyatını itirdiyini bildirən Zedran, 3-ü Taliban üzvü olmaqla bir neçə nəfərin yaralandığını bildirib .

 

Teqlər:

"Kabildə terror hücumu nəticəsində 6 nəfər ölüb"

Əlaqəli Xəbərlər