"OBA” 2025-ci il üzrə “Vəfa Zirvəsi” nişanlarını təqdim edib
Uzun illər Veysəloğlu Şirkətlər Qrupunda çalışan, daha sonra fəaliyyətini “OBA” marketlər şəbəkəsində davam etdirən əməkdaşlara şirkət tərəfindən təsis edilən “Vəfa zirvəsi” nişanı təqdim olunub.
Operativ Media xəbər verir ki, bu təşəbbüs əməkdaşların peşəkarlığını və şirkətə bağlılığını ön plana çıxarmaq, eyni zamanda onların uzunillik fəaliyyətinə minnətdarlığı ifadə etmək məqsədi daşıyır.
Mərasimdə 15 illik fəaliyyət dövrünü tamamlayan əməkdaşlar gümüş, 10 illik fəaliyyət dövrünü tamamlayan əməkdaşlar isə bürünc “Vəfa zirvəsi” nişanı ilə təltif olunaraq uzunmüddətli xidmətlərinə görə mükafatlandırılıblar. Veysəloğlu Şirkətlər Qrupunun loqosunu özündə əks etdirən zərif dizayna malik nişanlar əməkdaşlara diplomlarla birlikdə təqdim edilib.
Fərqlənən əməkdaşlara mükafatları “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova, İdarə Heyətinin üzvləri Maqsud Orucov, Vüqar İsmayılov, Namiq Hüseynov və Pərviz Cəfərov təqdim ediblər.
Tədbirdə çıxış edən İdarə Heyətinin sədri Natəvan İbrahimova vurğulayıb ki, hər bir əməkdaşın fədakar əməyi böyük dəyərə malikdir. O bildirib ki, bu cür təşəkkür təşəbbüsləri əməkdaşların motivasiyasının artırılması, şirkət daxilində əməkdaşlıq ruhunun gücləndirilməsi və uzunmüddətli əmək münasibətlərinin qorunub saxlanılması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirin sonunda mükafata layiq görülən əməkdaşlarla xatirə fotoları çəkilib, onların şirkətə göstərdikləri xidmətlərə verilən dəyər bir daha xüsusi vurğulanıb.
“Vəfa zirvəsi” nişanı şirkətin insan kapitalına verdiyi önəmin bariz göstəricisi olmaqla yanaşı, bu il fəaliyyətinin 10 ilini qeyd edən “OBA” marketlər şəbəkəsinin korporativ dəyərlərini də özündə əks etdirir.
Qeyd edək ki, “Vəfa zirvəsi” nişanı bundan sonra 10 il və daha çox əmək fəaliyyəti olan əməkdaşlara təqdim ediləcək.