Tərtərdə 27 yaşlı gənc kafedə bıçaqlanaraq öldürülüb
Operativ Media
Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, 1999-cu il təvəllüdlü əslən Ağdam rayonunun İlxıçılar kəndindən olan Aslanov Nabil Saleh oğlu kafedə mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb.
Yaralıya əvvəlcə Tərtər Rayon Mərkəzi Xəstəxanasında tibbi müdaxilə edilib, daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda həyatını itirib.
Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində 1999-cu il təvəllüdlü, əslən Ağdam rayonunun İlxıçılar kəndindən olan Aslanov Nabil Saleh oğlunu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən 1995-ci təvəllüdlü Səfixan Nağıyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.