Menyu

Dövlət ittihamının müdafiəsi sahəsində qarşıda duran vəzifələr müzakirə olunub

Operativ Media
Dövlət ittihamının müdafiəsi sahəsində qarşıda duran vəzifələr müzakirə olunub

Dövlət ittihamının müdafiəsi sahəsində fəaliyyətin səmərəliliyinin artırılması və bu istiqamətdə işin müasir tələblərə uyğun qurulması məqsədilə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi tərəfindən regional iclasların keçirilməsinə başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, bu çərçivədə Sumqayıt şəhər prokurorluğunun inzibati binasında Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan rayon (şəhər), ağır cinayətlər və apellyasiya məhkəmələrində fəaliyyət göstərən dövlət ittihamçılarının iştirakı ilə regional iclas keçirilib.

İclas zamanı Baş prokuror Kamran Əliyev tərəfindən verilmiş tapşırıq və tövsiyələr iclas iştirakçılarının diqqətinə çatdırılıb. Eyni zamanda, dövlət ittihamçılarının fəaliyyəti ilə bağlı qarşıda duran əsas vəzifələr müzakirə olunub, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında və cəza siyasətinin həyata keçirilməsində onların rolu xüsusi vurğulanıb.

Bununla yanaşı, istintaq qurumları ilə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi, bəraət hökmləri ilə nəticələnən hallar, cinayət işlərinin geri qaytarılmasına səbəb olan nöqsan və çatışmazlıqlar ətrafında fikir mübadiləsi aparılıb. Həmin problemlərin aradan qaldırılması yolları və protestlərin verilməsi təcrübəsi də diqqət mərkəzində olub.

Əlaqəli Xəbərlər