İstehlaka yararsız ümumi çəkisi 227 kq ət aşkarlanıb
Reyd zamanı istehlaka yararsız 227 kq at əti aşkarlanıb.
Operativ Media xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsinin və DİN-in Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri reyd zamanı istehlaka yararsız ümumi çəkisi 227 kq ət aşkarlanıb.
Baxış zamanı məhsulun müvafiq müşayiətedici sənədləri və mənşəyi məlum olmayan at əti olduğu müəyyən edilib. At ətinin Biləsuvar kənd sakini Əzizov Məlik Sabir oğlu tərəfindən qanunsuz olaraq kəsildiyi, Kərimli Əmrah İslam oğlu tərəfindən isə 10 XP 977 dövlət qeydiyyat nişanlı Nissan markalı avtomobillə Bakı şəhərinə aparmağı planlaşdırdığı məlum olub.
Yararsız ət saxlanca verilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Fakt üzrə araşdırmalar davam etdirilir.