Menyu

Avtomobildə sıxılı vəziyyətdə qalmış şəxslər xilas edilib - YENİLƏNİB - VİDEO

Operativ Media
Avtomobildə sıxılı vəziyyətdə qalmış şəxslər xilas edilib - YENİLƏNİB - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ələt-Astara avtomobil yolunun 54-cü kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Operativ Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, bir neçə avtomobilin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə 1980-ci il təvəllüdlü V. Bədəlova və 1959-cu il təvəllüdlü F. İsmayılovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

21:00

Ələt-Astara avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, hadisə axşam saat 19:00 radələrində qeydə alınıb.

Qəza zamanı xəsarət alan 5 nəfər – R.Bədəlov, V.Bədəlova, H.Bədəlov, F. İsmayılov və E.Axundov dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər