Menyu

"Bakcell" tariflərində dəyişiklik edir

Operativ Media
"Bakcell" tariflərində dəyişiklik edir
1 dəq oxu

"Bakcell" “Star Postpaid” tariflərində dəyişikliklər tətbiq edəcək.

Operativ Media xəbər verir ki, artıq abunəçilərin tarif daxilindəki mövcud danışıq dəqiqələri bitdikdən sonra zənglərin qiyməti 0.15 AZN/dəq, bir SMS-in qiyməti isə 0.19 AZN olaraq hesablanacaq.

Eyni zamanda, "Bakcell" “Star Postpaid” istifadəçilərinə yeni imkanlar təqdim edir. Belə ki, bu tarifin abunəçiləri artıq rəqəmsal təhlükəsizlik həlli olan “Security +” xidmətindən də faydalana biləcəklər. 

Qeyd olunan dəyişikliklər 16 aprel tarixindən etibarən qüvvəyə minəcək.

Əlaqəli Xəbərlər