Menyu

13 Reabilitasiya Mərkəzi “Sosial Xidmətlər Agentliyi”nin tabeliyinə verilib

Operativ Media
13 Reabilitasiya Mərkəzi “Sosial Xidmətlər Agentliyi”nin tabeliyinə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” Azərbaycan Respublikası Prezidentinin “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının tələblərinə uyğun olaraq "İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi"ilə birləşmə yolu ilə yenidən təşkil olunur.

Operativ Media bu barədə "Vergilər" qəzetinə istinadən xəbər verir.

Bu dəyişiklik nəticəsində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi”nin tabeliyində olan Şəki, Şağan, Respublika, Naftalan, Mərdəkan, Lənkəran, Qəbələ Uşaq, Şəmkir Uşaq, Xaçmaz, Gəncə, Bakı, 1 və 2 nömrəli Uşaq Reabilitasiya mərkəzləri yeni idarəetmə qaydasına uyğun olaraq tabelikdən çıxarılaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sosial Xidmətlər Agentliyi”nin tabeliyinə verilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər