Coşqun Cəbrayılov: Dayanıqlı şəhərsalma dövlət siyasətinin prioritetidir
Operativ Media
Bu il ölkəmiz üçün əlamətdar hesab olunur. Son illərdə iqlim dəyişmələri və şəhərsalma sahəsində Azərbaycan qlobal miqyasda mühüm töhfələr verib.
Operativ Media xəbər verir ki, bu sözləri Nizami rayon İcra başçısı Coşqun Cəbrayılov “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın memarlıq irsi” mövzusuna həsr edilmiş tədbirdə bildirib.
O bildirib ki, cənab Prezidentin tapşırıqlarına uyğun olaraq ölkəmizdə mütəmadi şəkildə milli şəhərsalma forumları keçirilir və bu tədbirlər yüksək səviyyədə təşkil olunur:
“Bütün bunlar Azərbaycanda dayanıqlı şəhərsalmanın getdikcə daha böyük əhəmiyyət qazandığını göstərir.
Xalqımızın zəngin memarlıq və şəhərsalma irsi daha da inkişaf etdiriləcək və geniş şəkildə təbliğ olunacaq”.