Menyu

Read Qasımov: Heydər Əliyev dövründə memarlıq irsinin qorunması sistemli əsaslara həyata keçirilib

Operativ Media
Read Qasımov: Heydər Əliyev dövründə memarlıq irsinin qorunması sistemli əsaslara həyata keçirilib

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə memarlıq irsinin inventarlaşdırılması, mühafizəsi və bərpası sistemli xarakter alıb. Həmçinin Bakı şəhərinin inkişafı planlaşdırma prinsipləri əsasında həyata keçirilməyə başlanılıb, paytaxtın Baş Planının yenilənməsi, ərazilərin funksional zonalara bölünməsi, yeni yaşayış massivlərinin salınması və mühəndis-kommunikasiya infrastrukturunun modernləşdirilməsi istiqamətində mühüm addımlar atılıb”.

Operativ Media xəbər verir ki, bu sözləri  “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın memarlıq irsi” mövzusuna həsr edilmiş tədbirdə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov bildirib.

O bildirib ki, bu gün həmin strateji kurs İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir, tarix-memarlıq irsinin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalır.

Read Qasımov qeyd edib ki, bu gün qarşıda duran əsas vəzifə şəhərləri həm tarixi kimliyini qoruyan, həm də müasir urbanistik tələblərə cavab verən dayanıqlı yaşayış mühitinə çevirməkdən ibarətdir.

Əlaqəli Xəbərlər