28 Mart 2023, 09:10
Türkiyənin bir bölgəsində dabaq xəstəliyinə görə karantin rejimi elan edildi

Türkiyənin İnebolu rayonunun Yakaboyu qəsəbəsində heyvandan dabaq xəstəliyi ehtimalı ilə test götürülüb.
"Operativ Media" "TRT"yə istinadən xəbər verir ki, müayinələr nəticəsində heyvanda SAT-2 tipli ağız virusu (dabaq xəstəliyi) aşkar edilib.
İnebolu Kənd Təsərrüfatı və Meşə Bölgə Müdirliyi tərəfindən həmin ərazi də daxil olmaqla, onun ətrafında 10 kilometr ərazidə karantin tətbiq edilib.
Bundan əlavə, karantindən sonra rayonda heyvanların SAT-2 tipli ağız virusuna qarşı peyvənd edilməsi nəzərdə tutulub.