Menyu

Azərbaycanın mina problemi BMT rəsmisinə təqdim olunub

Operativ Media
Azərbaycanın mina problemi BMT rəsmisinə təqdim olunub

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun BMT-nin Layihə Xidmətləri İdarəsinin (UNOPS) Avstriya üzrə Çoxölkəli Nümayəndəliyinin direktoru Simonetta Siliqato ilə görüşü çərçivəsində Azərbaycanın üzləşdiyi mina problemi barədə geniş təqdimat edilib.

Operativ Media xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib.

Bildirilib ki, təqdimat Azərbaycanın üzləşdiyi mina problemini və bu problemin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbiri əhatə edib.

Görüş zamanı tərəflər mina təhlükəsi ilə mübarizə sahəsində birgə icrası planlaşdırılan layihələr, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fotogalereya

Əlaqəli Xəbərlər