Menyu

Səhiyyə Nazirliyinin tabeliyindəki körpələr evinin işçilərinin maaşları artırılıb

Operativ Media
Səhiyyə Nazirliyinin tabeliyindəki körpələr evinin işçilərinin maaşları artırılıb

Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada 1,5-3 dəfə artım əmsalları tətbiq edilib.

Operativ Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləğində dəyişiklik edilib.

Əlaqəli Xəbərlər